Bu gün Türk dövlətləri arasında mövcud olan sıx əlaqələr dövlət başçılarının şəxsi münasibətləri, qarşılıqlı etimadı və siyasi iradəsi sayəsində ən yüksək mərhələyə çatıb. Ortaq tariximiz və dəyərlərimiz, birgə hədəflərimiz bizi təkcə birləşdirmir, həm də gücləndirir.
Modern.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun rəsmi açılış mərasimində çıxışı zamanı deyib.
İcraçı direktor bildirib ki, Vətən müharibəsində əldə olunan şanlı zəfər təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının qələbəsidir. Qarşıdakı illərdə reallığa çevriləcək Zəngəzur dəhlizi isə Türk xalqlarının canlı körpüsü olacaq:
“Türk birliyinə gedən yol təkcə dövlətlərin iradəsindən deyil, həm də xalqların və vətəndaş cəmiyyətlərinin bir-birinə olan münasibətindən asılıdır. Bu baxımdan Agentliyimiz Türk dövlətləri ilə əməkdaşlıq istiqamətində analoji qurumlarla əlaqələrə böyük önəm verir.
Artıq Agentlik Türkiyənin vətəndaş cəmiyyəti və vəkillər idarəsi ilə, Özbəkistanın Milli Assambleyası, parlament komissiyası və Yüksəliş Fondu ilə əməkdaşlıq memorandumu imzalanıb.
Hazırda Özbəkistanla birgə Qrant müsabiqəsinin elan olunması üçün son hazırlıqlar aparılır”.