Modern.az

Cərimə ödənişlərindən komissiya tutulur - RƏSMİ

Cərimə ödənişlərindən komissiya tutulur - RƏSMİ

Ölkə

24 Noyabr 2025, 15:24

Noyabrın 1-dən etibarən, cərimə ödənişlərini həyata keçirən provayderlərin tələblərinə uyğun olaraq, cərimə ödənişlərinə komissiya haqqı tətbiq olunur

Modern.az xəbər verir ki, bu barədə Mərkəzi Bankdan (AMB) məlumat verilib.

Bildirilib ki, cərimə ödənişlərini həyata keçirən provayderlərin tələblərinə uyğun olaraq, bu əməliyyatlara komissiya haqqı tətbiq olunur:

"Ödəniş zamanı tətbiq olunan 40 qəpiklik komissiya bütün banklarda vahid qayda ilə həyata keçirilir.

Hökumət Ödəniş Portalı vasitəsilə ödəniş edərkən sistemdən istifadə üçün xidmət haqqı tutulmur. Ödənişlərin toplanmasına görə xidmət haqqının hansı formada tutulması isə müvafiq xidmət təşkilatı tərəfindən müəyyənləşdirilir.

Tətbiq olunan komissiya yalnız yol hərəkəti qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsi çərçivəsində tətbiq edilmiş cərimələrə aiddir".

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada GƏRGİN ANLAR! Ukrayna bu yerləri bombaladı