Azərbaycanın bölgələrində fəaliyyət göstərən əksər mehmanxanalar Yeni il gecəsini şou-proqram ilə yaddaqalan etməyə hazırlaşırlar.
Yeni il bayramı yaxınlaşdıqca hotellər bir-bir hoteldə qalmaq və xüsusi əyləncəli proqram daxil öz qiymətlərini elan edirlər.
31 dekabr 2025 – 2 yanvar 2026-cı il tarixlərini əhatə edən (2 gecə 3 gün) qiymətlərə 2 nəfər üçün oteldə qalmaq, qidalanma, qala gecəsi, canlı musiqi, gündəlik əyləncə proqramları, hovuz, sauna, hamam və s. imkanlardan istifadə daxildir.
Otellərin qiyməti 2 gecəsi (31 dekabr – 1 yanvar) adambaşı 750-950 manat arasıdır.
Modern.az xəbər verir ki, iqtisadçı ekspert Natiq Cəfərli qiymətlərə münasibət bildirib.
O qeyd edib ki, turizm şirkətlərindən biri, 28 dekabr – 1 yanvar arası, yəni, 4 gecə/5 günlük Dohaya yeni il turları təklif edirlər:
"Adambaşı, ortalama, 750 dollar qiymət təklif olunur, qiymətə daxildir: aviauçuş, mehmanxanada gecələmə, səhər yeməyi əsasında qidalanma, sığorta, transfer qrup
Otellər 5 ulduzdur, siyahıda Cielo Hotel Lusail, Steigenberger Hotel & Residence Shaza Doha, City Centre Rotana Doha, Doubletree by Hilton Doha Old Town kimi gözəl otellər var. Yəni, 4 gücə 5 gün yeni ili Dohada keçirmək aviabilet daxil 750 dollar, yəni 1275 manatdır.
Məsələn, Şamaxıda 2 gün qalsan, bayram keçirsən 950 manat ödəməli olacaqsan. İndi özünüz seçin, 2 gecə Şamaxı 950 manatmı, yoxsa 4 gecə Doha 1275 manatmı?! Şamaxıda günü (gecəsi) 475 manat, Dohada günü (gecəsi) 318 manat".
"Marja.az"a istinadən bir sıra hotellərin Yeni il münasibətilə qiymət təkliflərini təqdim edirik:
1. Shamakhi Palace Sharadil: 1980 manatdan başlayan qiymətlərlə
2. Qafqaz Tufandag Hotel: 1699 manatdan başlayan qiymətlərlə
3. Basqal Resort & Spa: 1660 manatdan başlayan qiymətlərlə
4. Shabran Wellbeing Resort: 1650 manatdan başlayan qiymətlərlə
5. Qafqaz Riverside Hotel: 1595 manatdan başlayan qiymətlərlə
6. Lankaran Springs Wellness Resort: 1500 manatdan başlayan qiymətlərlə
7. Marxal Resort & Spa: 1420 manatdan başlayan qiymətlərlə
8. Quba Macara Lake Park: 1380 – 2150 manat civarında
9. Lachin Resort: 1240 manatdan başlayan qiymətlərlə
10. Şah Əsəri Xankəndi: 960 – 1620 manat civarında
11. Şuşa Hotel: 950 manatdan başlayan qiymətlərlə
12. Chinar Health Hotel: 620 manatdan başlayan qiymətlərlə
Qeyd edək ki, qiymətlər hotelin imkanlarından və xidmətlərdən asılı olaraq dəyişə bilir. Yeni ili 3 ulduzlu otellərdə daha münasib qiymətlər ilə qarşılamaq mümkündür.