Modern.az

Zəngəzur dəhlizi açılacaq - Nazir tarix elan  etdi

Zəngəzur dəhlizi açılacaq - Nazir tarix elan  etdi

Ölkə

26 Noyabr 2025, 23:24

Zəngəzur dəhlizində işlər 2030-cu ilə qədər başa çatacaq.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu "CNN Türk"də çıxışı zamanı deyib.

 

"Türkiyə Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu-red.) ən vacib hissəsidir. Hazırda istədiyimiz qədər yük daşıya bilmirik. Biz bunu hər gün gücləndiririk. Bakı, Tbilisi və Xəzər dənizi marşrutları ilə nail olmuşuq, lakin Zəngəzur dəhlizi tutumun artırılmasına əhəmiyyətli töhfə verəcək", - nazir bildirib.

 

Uraloğlu qeyd edib ki, Zəngəzur dəhlizi türk dövlətlərinə və Uzaq Şərqə çıxış üçün ən qısa yol olacaq:

 

"Azərbaycan tərəfi Naxçıvan tərəfindəki dəmir yolunu təmir edir və onu Ermənistan sərhədinə qədər çatdıracaq. Horadizdən Bakıya qədər olan hissə isə artıq tamamlanmaq üzrədir. Beləliklə, həm avtomobil, həm dəmir yolu ilə yüklərin daşınmasına xidmət edəcək".

Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli Mehdiyevə görə HƏRƏKƏTƏ KEÇDİ