Modern.az

Mədət Quliyev Murad Dadaşovun oğlunun TOYUNDA

Mədət Quliyev Murad Dadaşovun oğlunun TOYUNDA

Ölkə

7 Dekabr 2025, 16:12

“Xəzər” Media Mərkəzinin (Xəzər TV) baş direktoru, Xalq artisti Murad Dadaşovun oğlu Kamalın toyu olub.

 

Modern.az xəbər verir ki, məclis şəhər restoranlarından birində keçirilib. Gecədən çox az sayda görüntü yayımlanıb.

 

Toydan yayımlanan fotolardan birində M.Dadaşov özü də yer alıb. Dadaşov Azərbaycan Təhlükəsizlik Şurası katibinin müavini general-polkovnik Mədət Quliyevlə obyektiv qarşısına keçib.

 

Qeyd edək ki, toyda Xalq artisti Aygün Kazımova, Emin Ağalarov, Əməkdar artist Xəyyam Nisanov kimi bir çox ulduz səhnəyə çıxıb. Bundan başqa, Azərbaycan əsilli qazaxıstanlı reper Jah Xalib (Bəxtiyar Məmmədov), gürcü əsilli müğənni Brendoun Stoun da məclisə qatılanlar arasında yer alıb.

 

Gecədə toyun aparıcılığı Tural Əsədov və Leyla Quliyevaya həvalə edilib. Məclisi isə əsas müğənni kimi Xəyyam Nisanov aparıb (Axşam.az).

Sizə yeni x var
Keçid et
DTX-dən ƏMƏLİYYAT - Daha bir vəzifəli şəxs saxlanıldı