Dekabr ayının bəzi günlərində ölkə ərazisində hava şəraiti arabir yağıntılı keçib.
Bu barədə Modern.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, əsasən şərq rayonlarda leysan xarakterli intensiv olub.
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 29 (aylıq normanın 98%-i), Mərkəzi Aran zonasında 16 (aylıq normanın 82%-i), Lənkəran-Astara zonasında 81 (aylıq normanın 79%-i), Balakən-Şəki zonasında 17 (aylıq normanın 57%-i), Qazax-Gəncə zonasında 4 (aylıq normanın 32%-i), Daşkəsən-Gədəbəy zonasında isə 6 mm (aylıq normanın 20%-i) təşkil edir.
Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin dekabrın 11-i səhərədək davam edəcəyi gözlənilir.