Modern.az

Lalə Şövkətdən “Ramiz Mehdiyev işi”nə REAKSİYA

Lalə Şövkətdən “Ramiz Mehdiyev işi”nə REAKSİYA

Ölkə

9 Dekabr 2025, 12:56

Prezident Administrasiyasının sabiq rəhbəri, vətənə xəyanətdə təqsirləndirilən akademik Ramiz Mehdiyevlə bağlı keçmiş siyasilər və vəzifəli şəxslər müxtəlif fikirlər səsləndiriblər.

Modern.az vaxtilə Azərbaycan dövlət katibi vəzifəsini icra etmiş Lalə Şövkətin də məsələyə münasibətini öyrənməyə çalışıb.

Saytımıza açıqlamasında Lalə Şövkət istintaqın yekunlaşmasının gözlənilməli olduğunu bildirib.

“İstintaq yekunlaşmayınca, heç nə demək mümkün deyil”,- o deyib.

Xatırladaq ki, Lalə Şövkət Ramiz Mehdiyevdən əvvəl vəzifədə işləyib. O, 1993-cü il iyulun 7-də Azərbaycan Respublikasının dövlət katibi vəzifəsinə təyin edilib. 1994-cü ilin yanvarında isə istefa verib.

Ramiz Mehdiyev isə 7 fevral 1995-ci ildən – 23 oktyabr 2019-cu ilədək Prezident Administrasiyasının rəhbəri olub. 

Akademik Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Bakı şəhəri Səbail rayon Məhkəməsi Ramiz Ənvər oğlu Mehdiyev barədə cinayət işi üzrə bu il oktyabrın 14-də qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Şad Xəbər - Vətəndaşlara pulsuz evlər veriləcək