Modern.az

Ramiz Mehdiyev AMEA-nın üzvlüyündə qala bilməz - İsa Həbibbəyli

Ramiz Mehdiyev AMEA-nın üzvlüyündə qala bilməz - İsa Həbibbəyli

Ölkə

12 Dekabr 2025, 12:11

AMEA prezidenti İsa Həbibbəyli Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin akademiyanın həqiqi üzvlüyündə qalması məsələsinə münasibət bildirib.

Modern.az xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında danışıb.

O bildirib ki, bu məsələdə akademiyanın konkret mövqeyi var. İsa Həbibbəyli Mehdiyevin AMEA üzvlüyündə qala bilməyəcəyini vurğulayıb.

“Ramiz Mehdiyevin müstəqil Azərbaycanın müstəqil dövlətçiliyinə qarşı hərəkətləri, barəsində ittihamlar akademiyanın üzvü qalmasına qətiyyən imkan vermir. Məsələyə akdemiyada baxılıb, lazımi qərar qəbul ediləcək”, - İsa Həbibbəyli qeyd edib.

Qeyd edək ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi oktyabrın 14-də R.Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edib. Məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Xatırladaq ki, Ramiz Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri, 2019–2022-ci illərdə isə AMEA-nın prezidenti olub.

1484497

Sizə yeni x var
Keçid et
Zelenskidən KRİTİK AÇIQLAMA! Qərarı onlar verəcək - Vəzifədən gedir?