Modern.az

Xəzərdə itkin düşən balıqçılarla bağlı rəsmi açıqlama

Xəzərdə itkin düşən balıqçılarla bağlı rəsmi açıqlama

13 Dekabr 2025, 00:10

Sosial şəbəkələrdə Astarada itkin düşən balıqçıların tapılması ilə bağlı məlumatlar yayılıb.

 

Modern.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

 

Yayılan xəbərlərlə bağlı Cenublu.az-a danışan itkin düşən Ağadədə Həsənovun əmisi Sübhan Həsənov da məlumatları təkzib edib.

 

“Yayılan yalan məlumatlara görə axtarışlar dayanır. Axtarışlarla bağlı bizdən başqa heç kimin məlumatına inanmayın” – deyə o bildirib.

 

S. Həsənov əlavə edib ki, ailə dövlət qurumlarından qonşu ölkələrlə əlaqə yaradılaraq Turan və Ağadədənin tapılması istiqamətində işlərin genişləndirilməsini xahiş edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır