Modern.az

Rusiyada Azərbaycan diasporuna qarşı əməliyyat - Saxlanılanlar var

Rusiyada Azərbaycan diasporuna qarşı əməliyyat - Saxlanılanlar var

Ölkə

13 Dekabr 2025, 19:47

Rusiya xüsusi təyinatlı polis dəstəsi (SOBR) Voronej vilayətində Azərbaycan diasporunun nümayəndələrinə qarşı əməliyyat keçirib.

 

Modern.az xəbər verir ki, əməliyyat nəticəsində bir neçə diaspor üzvü saxlanılıb.

 

Rusiya mediasının yazdığına görə, saxlanılan arasında Niyaz Zahidov adlı şəxs var. Onun kriminal aləmin üzvü olduğu və Alekseyevski bazarına nəzarət etdiyi qeyd olunub.

 

Zahidovun Rusiya pasportunun əlindən alındığı və qanunsuz miqrantların saxlanılma məntəqəsinə göndərildiyi bildirilib. (Mənbə: Apa)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?