Daha bir soydaşımız Rusiya-Ukrayna müharibəsində həlak olub.
Modern.az xəbər verir ki, məlumat sosial şəbəkədə yayılıb. Məlumata görə, Ukraynada gedən müharibədə Qasımov Samir Rasim oğlu Ukraynanın azadlığı və suverenliyi uğrunda canından keçib.
Döyüşlərdə fərqləndiyinə görə Ukrayna prezidenti Volodimir Zelenski tərəfindən “Ukraynanın müdafiəsi” medalıyla təltif olunub. Qasımov Samir Mukaçevoda dəfn olunacaq.
Allah rəhmət eləsin!