Modern.az

Rayonlara yenidən yağış yağacaq

Rayonlara yenidən yağış yağacaq

Ölkə

15 Dekabr 2025, 13:20

Azərbaycanın rayonlarında dekabrın 16-dan 17-si gündüzədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Bu barədə Modern.az Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli olacağı ehtimalı var.

Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlaması gözlənilir.

Çaylarda, xüsusən də Quba-Xaçmaz və Lənkəran-Astara bölgəsi ərazisindən axan bəzi çaylarda sululuğun artacağı ehtimal olunur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır