Modern.az

Azərbaycanda güclü zəlzələ gözlənilir? - Rəsmi AÇIQLAMA

Azərbaycanda güclü zəlzələ gözlənilir? - Rəsmi AÇIQLAMA

Ölkə

15 Dekabr 2025, 14:36

Son günlər Xəzər dənizində qeydə alınan xırda maqnitudalı seysmik təkanların sayında müəyyən artım müşahidə olunur.

Modern.az məsələ ilə əlaqədar olaraq  Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli ilə əlaqə saxlayıb.

O, saytımıza açıqlamasında bildirib ki, Xəzər dənizi Azərbaycan ərazisində ən seysmoaktiv zonalardan biri hesab olunur:

“Maqnitudası 3 və daha yuxarı olan təkanlar baş verdikdə bu məlumatlar mediada rəsmi informasiya kimi yayımlanır. Daha zəif təkanlar isə tez-tez müşahidə olunur və bu hal təkcə Xəzər hövzəsinə deyil, digər bölgələrə də xasdır”,- deyə o qeyd edib.

Qurban Yetirmişlinin sözlərinə görə, bu cür xırda seysmik təkanlar hazırkı mərhələdə güclü və dağıdıcı zəlzələ ehtimalı yaratmır:

“Əksinə, zəif təkanlar yeraltı enerjinin mərhələli şəkildə boşalmasına xidmət edir və gərginliyin azalması meylini göstərir. Regionlar üzrə vəziyyətə gəlincə, hazırda hər hansı ərazidə dağıdıcı zəlzələ riski ilə bağlı xüsusi təhlükə müşahidə edilmir. Hiss olunan xırda təkanlar isə normal seysmik proseslərin tərkib hissəsidir və qorxulu hesab edilmir”,- deyə seysmoloq qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır