Modern.az

Bu icra başçısının oğluna general rütbəsi VERİLDİ - FOTO

Bu icra başçısının oğluna general rütbəsi VERİLDİ - FOTO

Ölkə

15 Dekabr 2025, 15:12

Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncamla Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşına ali hərbi və ali xüsusi rütbələr verilib.

Modern.az xəbər verir ki, ali rütbə alanlardan biri Seymur Taleh oğlu Qaraşovdur. O, polkovnik rütbəsindən general-mayor rütbəsinə yüksəlib. Seymur Qaraşov Fövqəladə Hallar Nazirliyinin Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisidir.

O, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğludur.

Qeyd edək ki, Taleh Qaraşov 30 ilə yaxındır (1996-cı ildən ta bu günə kimi) icra başçısı vəzifəsində çalışır. O, 1996-2002-ci illərdə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı, 2002-2006-cı illərdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı, 2006-2011-ci illərdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı, 2011-2012-ci illərdə Astara Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini tutub. 2012-ci ildən indiyə kimi Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısıdır.



 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!