“2026-cı ildə Yeni Klinikada və Abşeron Rayon Mərkəzi xəstəxanasında tam olaraq onlayn randevu sisteminin tətbiqinə başlanılacaq”.
Modern.az xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə deyib:
“Hazırda isə paytaxtda və Abşeron ərazisində yerləşən 17 tibb müəssisəsində 33 növbə terminalı və 99 monitor (TV), regionlarda isə 28 tibb müəssisəsində 51 növbə terminalı və 133 monitor quraşdırılıb.
Bütün bu tədbirlərin mərkəzində isə vətəndaş məmnuniyyəti və institusional etimad dayanır. Müraciətlərin operativ və nəticəyönümlü həlli, şəffaflığın artırılması, korrupsiya risklərinin azaldılması və xidmət keyfiyyətinə ictimai etimadın gücləndirilməsi 2026-cı ildə TƏBİB-in fəaliyyətinin əsas nəticə göstəricilərindən biri olacaqdır”.