TƏBİB-ə tabe olan bütün tibb müəssisələri 2027-ci ilin ortalarınadək tam elektronlaşdırılacaq.
Modern.az xəbər verir ki, bu barədə TƏBİB-in sədri Vüqar Qurbanov elektron sistemdə yaranan texniki problemlərlə bağlı açıqlama verib.
Onun sözlərinə görə, bəzi hallarda sistemdə donmalar və gecikmələr müşahidə olunur. Sədr bildirib ki, bu cür nasazlıqların bir hissəsi mərkəzləşdirilmiş elektron hökumət sistemləri ilə əlaqədar baş verə bilər:
“Gündəlik olaraq 2–3 min müraciət elektron bazaya daxil edilir. Bu həcmdə məlumat yüklənməsi zamanı müəyyən gecikmələrin yaranması gözləniləndir. Nasazlıqların birmənalı şəkildə TƏBİB-dən qaynaqlandığını düşünmək düzgün olmaz”.