“Ay ərzində xəstələrlə heç bir təmas qurmayan həkimlər var və bu hallarla bağlı müvafiq tədbirlər görüləcək”.
Modern.az xəbər verir ki, bu fikirləri TƏBİB-in sədri Vüqar Qurbanov hesabat brifinqində səsləndirib.
Onun sözlərinə görə, problemin əsas səbəblərindən biri bəzi həkimlərin peşə hazırlığı və savad səviyyəsi ilə bağlıdır. Sədr qeyd edib ki, oxşar hallar əvvəllər stomatoloqlar arasında da aşkarlanıb və həmin vaxt müvafiq tədbirlər görülüb.
Vüqar Qurbanov əlavə edib ki, hazırda səhiyyə müəssisələrində həkimlərin optimallaşdırılması prosesi də başlanacaq.