Modern.az

Azərbaycanla əməkdaşlığı səbirsizliklə gözləyirik - ABŞ səfirliyi

Azərbaycanla əməkdaşlığı səbirsizliklə gözləyirik - ABŞ səfirliyi

Ölkə

20 Dekabr 2025, 10:53

Xəbər verdiyimiz kimi, 19 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə Strateji İşçi Qrupunun onlayn formatda tam tərkibdə ilk iclası keçirilib.

Modern.az xəbər verir ki, ABŞ-nin Azərbaycandakı səfirliyinin sosial şəbəkə hesabında iclas barədə məlumat paylaşılıb.

"Dünən Vaşinqtonda ABŞ və Azərbaycan hökumətlərinin yüksək vəzifəli nümayəndələri Prezident Trampın 8 avqust tarixində keçirilmiş tarixi Sülh Sammitində imzalanmış Anlaşma Memorandumunun icrasına başlamaq məqsədilə ölkələrimizin ikitərəfli işçi qrupunun ilk iclası çərçivəsində bir araya gəldilər.

Bu görüş zamanı biz regional bağlantı və ticarətin gücləndirilməsi, süni intellekt və rəqəmsal infrastruktur da daxil olmaqla iqtisadi investisiyalar, eləcə də təhlükəsizlik sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu çərçivəsində birgə fəaliyyətləri müzakirə etdik.

ABŞ Prezident Trampın sülh və rifah baxışını irəli aparmaq və Cənubi Qafqazın zəngin iqtisadi potensialını reallaşdırmaq üçün dəyərli strateji tərəfdaşımız Azərbaycanla əməkdaşlığı səbirsizliklə gözləyir", - deyə səfirliyin məlumatında qeyd olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır