Modern.az

Balland Bakıda: Üç nəslin zəhməti ilə ərsəyə gələn bal brendi 

Balland Bakıda: Üç nəslin zəhməti ilə ərsəyə gələn bal brendi 

Ölkə

20 Dekabr 2025, 20:27

Kəlbəcərin zəngin yaylaq, dağ-çəmən və meşə florasından əldə olunan təbii və keyfiyyətli bal məhsulları təqdim edən "Balland" artıq Bakıda.

Modern.az-ın məlumatına görə, üç nəslin arıçılıq təcrübəsinə əsasında istehsal edilən "Balland" Kəlbəcər balları öz unikal dadı, ətri və təbii tərkibi ilə seçilir.

Balland mağazasında Kəlbəcərin yüksək dağlıq ərazilərində toplanmış müxtəlif növ ballar - yaylaq balı, dağ-çəmən balı və meşə balı, eləcə də sağlamlıq baxımından dəyərli olan propolis, arı südü və digər arıçılıq məhsulları satışa təqdim olunur. Məhsullar tam təbii şəraitdə, ənənəvi üsullarla istehsal edilir və keyfiyyətə xüsusi nəzarət olunur.

Arıçılıq təsərrüfatı Kəlbəcər torpaqları işğaldan azad edildikdən sonra, 2021-ci ildə bölgədə fəaliyyətə başlayan ilk təsərrüfatlardan biri olub. Elə həmin ilin avqust ayında Prezident İlham Əliyev təsərrüfata səfər edib və Kəlbəcər balının dadını yüksək qiymətləndirib. Bu dəyərləndirmə ailəni məhsullar əsasında ayrıca bir brend formalaşdırmağa ruhlandırıb.

Qeyd edək ki, 2025-ci ilin avqust ayında Kəlbəcərdə brendə məxsus ilk bal mağazası fəaliyyətə başlayıb. Açılış mərasimində Prezident İlham Əliyev iştirak edib. Dövlət başçısı çıxışı zamanı artıq dörd ildir ki, hər səhər Kəlbəcər balı istifadə etdiyini və bu məhsulu xarici qonaqlara hədiyyə etdiyini bildirib.

Prezident İlham Əliyevin tapşırığına əsasən, brendin Bakı filialı da fəaliyyətə başlayıb. Bununla da Kəlbəcər dağlarının saf və təbii məhsulları paytaxt sakinlərinin və qonaqlarının ixtiyarına verilib.

Balland brendinin Bakı mağazası Azadlıq prospekti 104 ünvanında yerləşir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır