Modern.az

Gültəkin Sadıqova da azadlığa çıxdı

Gültəkin Sadıqova da azadlığa çıxdı

Ölkə

22 Dekabr 2025, 11:51

Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyevlə birgə məhkum edilən müavini Gültəkin Sadıqova da azadlığa buraxılıb.

Modern.az xəbər verir ki, amnistiya aktı ona da şamil edilib.

Xatırladaq ki, Neftçalanın eks-icra başçısı İsmayıl Vəliyev, Gültəkin Sadıqova və digər vəzifəli şəxslər 5 il əvvəl korrupsiya ittihamı ilə cinayət məsuliyyətinə cəlb edilmişdi. G.Sadıqova son qərarla 4 il 6 ay azadlıqdan məhrum edilib. (Mənbə: Qafqazinfo) 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır