Modern.az

Prezidentin qərarı Azərbaycana 10 milyard dollardan çox gəlir QAZANDIRDI

Prezidentin qərarı Azərbaycana 10 milyard dollardan çox gəlir QAZANDIRDI

Ölkə

6 Yanvar 2026, 10:56

"Biz geosiyasi müstəvidə cərəyan edən hadisələri açıq-aydın görürdük və mən tamamilə əmin idim ki, qızılın qiyməti artacaq və qiymət kəllə-çarxa çıxdı".

Modern.az xəbər verir ki, bu barədə ölkə başçısı İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibəsi zamanı deyib. 

"Beləliklə, bu qərar bizə çoxlu pul qazandırdı. Qızıl ehtiyatlarımızı artıraraq Dövlət Neft Fondu yalnız buna görə 10 milyard ABŞ dollarından artıq vəsait qazandı".

Xatırladaq ki, təkcə 2025-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana 22 ölkədən 3,750 milyard ABŞ dolları dəyərində 38,5 kiloqram həcmində qızıl idxal edilib.

2025-ci ilin oktyabr ayının 1-i üçün ölkədə hazır qızıl ehtiyatının miqdarı 142,2 kiloqram olub. Hazırda dünya bazarlarında qızılın 1 unsiyası 4400 dollara satlır və qiymətli metalın qiyməti artmaqda davam edir. 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır