Modern.az

Prezident idarəetmədə islahatların davam edəcəyini anons etdi - Deputat

Prezident idarəetmədə islahatların davam edəcəyini anons etdi - Deputat

Ölkə

6 Yanvar 2026, 11:20

Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib ki, Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modeli bir gün ölkənin müxtəlif yerlərinə, bəlkə də, bütövlükdə ölkəyə tətbiq oluna bilər. “Çünki bu da operativ, çevik və daha az məmurun iştirakını tələb edən üsuli-idarə metodudur”, - Prezident əlavə edib.

Modern.az-ın məlumatına görə, Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Prezidentin bu açıqlaması yerli idarəetmə strukturunun təkmilləşdirilməsinin davam etdiriləcəyi baxımdan vacib bəyanatdır.

“Paytaxt ilə regionlar arasında iqtisadi fərqin minimumlaşdırılması üçün yerli idartəetmə sistemində islahatların davam etdirilməsi aktual məsələlərdəndir. Regionlarda formalaşdırılan infrastrukturun daha çox dəyərə çevirlməsi üçün struktur islahatların rolu heç də az deyil.

Aydındır ki, yeni dövrün yeni tələbləri var. Bu tələblər isə struktur islahatları nəticəsində bögələrimizə daha çox sərmayənin cəlb edilməsini aktuallaşdırıb. Hazırda Azərbaycan 14 iqtisadi rayon var. Bununla belə, Bakı şəhərindəki, Naxçıvan MR-dəki rayonlar daxil olmaq respublikada 76 rayon mövcuddur (12-si Bakıda, 7-si Naxçıvan MR-də, 57-si respublika tabeli rayon). Göründüyü kimi, rayonların sayı iqtisadi rayonların sayından 5.4 dəfə çoxdur.

Bütün bunlar kontekstində isə cənab Prezidentin rəhbərliyi ilə struktur və institutsional islahatların davam edəcək. Bu isə Azərbaycan üçün yeni dövrün yeni hədəflərinə uyğun olaraq yeni idarəetmə modeli deməkdir”, - V.Bayramov qeyd edib.

Sizə yeni x var
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır