Ötən ilin dekabr ayında Azərbaycandan çıxışı qadağan edilən 579 nəfərin ölkəni tərk etməsinin qarşısı alınıb.
Bu barədə Modern.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 359 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib.
Ölkəyə girişi qadağan olan 64 nəfərin isə Azərbaycana daxil olmasının qarşısı alınıb.