Modern.az

Azərbaycana gələn venesuelalıların sayı AZALIB - STATİSTİKA

Azərbaycana gələn venesuelalıların sayı AZALIB - STATİSTİKA

Ölkə

7 Yanvar 2026, 08:52

Yanvarın 3-də ABŞ ordusunun Venesuelada həyata keçirdiyi 2 saatlıq əməliyyat nəticəsində prezident Nikolas Maduronun vəzifədən uzaqlaşdırılması bu ölkəni yenidən dünya gündəminə gətirib. Venesuela ilə bağlı müzakirələrin intensivləşdiyi bu dövrdə diqqət çəkən mövzulardan biri də əvvəlki illərdə müxtəlif səbəblərlə Azərbaycana gələn venesuelalılarla bağlı statistik göstəricilərdir. 

Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, son 6 il ərzində Venesuelladan Azərbaycana gələnlərin ümumi sayı 1277 nəfər təşkil edib. Statistikaya əsasən, bu göstəricinin ən yüksək olduğu il 2019-cu il olub – həmin il ölkəyə 409 venesuelalı gəlib. 2024-cü ildə isə bu rəqəm 179-a düşüb.

Ən aşağı göstəricilər COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejimi dövrünə təsadüf edir. Belə ki, 2020-ci ildə Azərbaycana gələn venesuelalıların sayı 51, 2021-ci ildə isə 83 nəfər olub. Sonrakı illərdə rəqəmlərdə yenidən artım qeydə alınıb: 2022-ci ildə bu göstərici 328, 2023-cü ildə isə 227 nəfər təşkil edib.
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır