Modern.az

Dekabrda 894 nəfər COVID19-dan ölüb

Dekabrda 894 nəfər COVID19-dan ölüb

Ölkə

6 Yanvar 2026, 18:05

COVID19 virusundan dünya üzrə ölüm hallarının yeni statistikası məlum olub.

Modern.az xəbər verir ki, bu barədə ÜST-nin son statistikasında qeyd olunub.

Son statistikaya görə, COVID19-dan dünya üzrə son bir ayda 894 ölüm halı baş verib. Bu da əvvəlki ayla müqaisədə 409 nəfər azalma deməkdir.

Bu ölümlərin 697-si ABŞ-nin payına düşüb.

Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Hindistan və bir çox ölkələrdə ölümlə bağlı son statistik göstərici isə dəyişməyib. Bu da son bir ayda bu ölkələrdə COVID19-dan ölüm halının baş verməməsi deməkdir.

Qeyd edək ki, bu ölüm halları 37 ölkədən ÜST-na bildirilən rəqəmlərdir.

Sizə yeni x var
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır