Cənubi Koreyanın "Samsung" şirkəti elektrik avadanlıqları və smartfonlarının qiymətini qaldırmağa hazırlaşır.
Modern.az xəbər verir ki, əsas səbəb olaraq yaddaş çipinin çatışmazlığı göstərilir.
Bahalaşma şirkətin smartfon və noutbuklardan tutmuş televizorlara və məişət texnikasına qədər yüksələcək.
"Samsung" konserninin prezidenti bahalaşamanın təchizat problemləri səbəbilə bütün sənayeyə təsir etdiyini deyib: "Qiymətlər hazırda artır... məhsullarımızın qiymətlərini yenidən nəzərdən keçirməli ola bilərik", - o deyib.
Süni intellekt ünü data mərkəzləri yüksək sürətli yaddaşa tələbatı artırdığı üçün bundan əvvəl "Dell" və "Xiaomi" də daxil olmaqla bəzi brendlər artıq qiymət artımları barədə xəbərdarlıq ediblər.
Xatırladaq ki, "Samsung" məhsulları Azərbaycanın elektronika bazarında: smartfonlar, planşetlər, televizorlar, məişət texnikası sahəsində önəmli pay sahibidir.