Yanvarın qış nəfəsi Bakının üzərinə çöküb. Qışın sərt üzü bu gecə özünü gizlədib. Təbiət öz nəvazişi ilə insanın ruhunu dincəldir.
Duman küçələrin üzərinə yayılıb. Nə kəskin soyuq var, nə də küləyin vıyıltısı. Bu gecə Ay da yuxuludur. Duman sanki bir yorğan kimi onun üzərini örtüb. Şəhərin işıqları dumanın içində solğun ulduzlar kimi közərir, qaranlığa aydınlıq bəxş etməyə cəhd edir.
Səkilərdə addımlayan insanların silueti dumanı yarıb keçir. Küçələrdə asta-asta hərəkət edən avtomobillərin işıqları qaranlıq və dumanlı Bakı gecəsi ilə harmoniya yaradır. Bu gecə şəhər bir başqadır, bu gecə yorğun və yuxulu Bakı sanki dincəlir...
Sakitlik insanın içinə süzülür, şəhər sirli görünür. Bəlkə də Bakı qışın sərt üzünə belə hazırlaşır...
Modern.az AZƏRTAC-ın dumanlı Bakıdan fotoreportajını təqdim edir:














