Modern.az

Dövlət Məşğulluq Agentliyinin sədri işdən ÇIXARILDI

Dövlət Məşğulluq Agentliyinin sədri işdən ÇIXARILDI

Ölkə

8 Yanvar 2026, 10:05

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad olunub. 

Modern.az xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bununla bağlı əmr imzalayıb.

Belə ki, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Cabir oğlu Əliyev digər sahədə fəaliyyətə başlamaq istəyi ilə əlaqədar ərizəsinə əsasən işdən azad edilib.

Digər əmrlə Hasil Abbasov Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədri vəzifəsinə təyin edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...