Modern.az

Xocalıda Novruz bayramı üçün 1 milyona yaxın pul ayrılıb

Xocalıda Novruz bayramı üçün 1 milyona yaxın pul ayrılıb

Ölkə

8 Yanvar 2026, 12:19

“Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” 2026-cı il üçün Novruz bayramı tədbirlərinin təşkili məqsədilə xidmətlərin satın alınması üzrə müsabiqə start verilib.

Modern.az xəbər verir ki, tendering qiyməti 951.884,37 AZN təşkil edir.

Tədbirlər çərçivəsində Xankəndi, Ağdərə və Xocalı rayonlarında dekor yumurtaların, işıqlı və əl işi milli ornamentlərlə bəzədilmiş səmənilərin quraşdırılması, novruz tonqalları və metal konstruksiyaların müvafiq ərazilərə gətirilməsi, quraşdırılması və tədbir bitdikdən sonra demontaj edilməsi kimi işlər görüləcək.

Təkliflərin təqdim olunma müddəti 30 yanvar 2026-cı il saat 17:00, zərflərin açılışı isə eyni tarixdə və saatda keçiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır