Modern.az

Dələduzluq edən SMM saxlanıldı - FOTO

Dələduzluq edən SMM saxlanıldı - FOTO

Ölkə

8 Yanvar 2026, 12:10

Vətəndaşlara qarşı dələduzluq edən sosial media meneceri polis tərəfindən saxlanılıb.

Bu barədə Modern.az-a Daxili İşlər nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilir ki, özünü sosial media meneceri kimi təqdim edərək müxtəlif mağaza və obyekt sahiblərinə qarşı dələduzluq edən 26 yaşlı Aysu Hüseynova Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, həmin məkanların sosial şəbəkələrdə reklamları təşkil edəcəyi barədə yalan vədlər verərək zərərçəkənlərdən 16379 manat pul vəsaitini əldə keçirib. Daha sonra A.Hüseynova üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib onlarla əlaqəni kəsib. Araşdırmalarla saxlanılan şəxsin bu üsulla ümumilikdə 13 nəfəri aldatdığı müəyyən edilib.

Məlumat daəlavə olaraq, vətəndaşlardan daxil olan şikayətlərlə bağlı cinayət işi başlanıldığı və araşdırmalar aparıldığı da qeyd edilib.

 

Sizə yeni x var
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır