Modern.az

Dövlət Xəzinədarlıq Agentliyinə direktor təyin olundu - FOTO

Dövlət Xəzinədarlıq Agentliyinə direktor təyin olundu - FOTO

Ölkə

8 Yanvar 2026, 16:38

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinə direktor təyin olunub.

Modern.az nazirliyə istinadən xəbər verir ki, bu, Sadiq Əliyevdir.

O, bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri çalışıb.

S.Əliyev 1984-cü ildə anadan olub, 2001-2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə-kredit ixtisası üzrə bakalavr, 2005-2007-ci illərdə magistr dərəcəsi üzrə təhsil alıb.

O, 2006-2019-cu illərdə İqtisadiyyat Nazirliyində müxtəlif vəzifələrdə, 2019-cu ildən 2024-cü ilə qədər ƏƏSMN-nin Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri işləyib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır