Modern.az

Azərbaycan koronavirus ölümlərinə görə 57-ci yerdədir

Azərbaycan koronavirus ölümlərinə görə 57-ci yerdədir

Ölkə

9 Yanvar 2026, 22:22

Azərbaycan Covid-19 ölümlərinə görə dünyada 57-ci yerdədir. 

Modern.az-ın "Worldometer" qlobal statistika saytından əldə etdiyi məlumata görə, Azərbaycanda pandemiya dövründə COVID-19 səbəbilə 10 min nəfər həyatını itirib. Region ölkələri arasında İranda bu göstərici 146 811, Rusiyada 402 756, Gürcüstanda 17 200 və Ermənistanda isə 8 670-dir.

Siyahıya ABŞ liderlik edir. Bu ölkədə pandemiya dövründə 1 milyon 219 min 487 nəfər COVID-19 səbəbilə həyatını itirib. İkinci yerdə Braziliya (711 380), üçüncü pillədə isə Hindistan (533 570) qərarlaşıb. İlk beşlikdə həmçinin Rusiya (402 756) və Meksika (334 958) yer alır. İlk onluğu Böyük Britaniya (232 112), Peru (222 161), İtaliya (196 487), Almaniya (183 027) və Fransa (167 642) tamamlayır.

Statistikada eyni zamanda pandemiya dövründə ən az ölüm halının qeydə alındığı ölkələr də diqqət çəkir. Siyahının sonunda Butan 21, Burundi 50 , Laos 210, Maldiv adaları 316 və Tacikistan 524 nəfər yer alıb

Sizə yeni x var
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır