Modern.az

Nəsimi Nəbizadənin qardaşı narkotikə görə HƏBS EDİLDİ

Nəsimi Nəbizadənin qardaşı narkotikə görə HƏBS EDİLDİ

Ölkə

9 Yanvar 2026, 20:19

Uzun müddətdir narkotik asılılığından əziyyət çəkən tanınmış aparıcı Nəsimi Nəbizadənin qardaşı həbs edilib.

Modern.az xəbər verir ki, Elnur Nəbizadə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunur.

Polisin keçirdiyi əməliyyat nəticəsində E.Nəbizadə və onunla birlikdə daha iki nəfər saxlanılıb. Onlardan ümumilikdə 15 kiloqrama yaxın narkotik vasitə aşkar edilərək götürülüb.

İki gün əvvəl tutulan E. Nəbizadə və digər şəxslər barəsində Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Məlumatı E.Nəbizadənin vəkili Anar Qasımlı təsdiqləyib. (Mənbə: qafqazinfo)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır