Modern.az

Fazil Mustafa teleaparıcının müdafiəsinə qalxdı

Fazil Mustafa teleaparıcının müdafiəsinə qalxdı

Ölkə

10 Yanvar 2026, 15:51

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa "Space TV"də yaymlanan "Gəl, danış" verilişinin aparıcısı Amil Xəlilin müdafiəsinə qalxıb.

Modern.az-ın məlumatına görə, komitə sədri Amil Xəlilin verilişinin bağlanmasına etiraz edib.

"Audiovizual Şura “Space TV”də dekabrın 25-i yayımlanmış “Gəl, danış!” proqramında aparıcının çıxışına görə (“Media haqqında” Qanunun 14.1.4-cü maddəsinin tələbləri pozulduğundan) yanvarın 14-ü saat 12:00-dan saat 15:00-dək yayımının 3 saatlıq dayandırılması barədə qərar verib.

Tamamilə yanlış qərardır. Şəxsən tanımasam da, verilşlərindən istedadını və cəfakeşliyini qiymətləndirdiyim Amil Xəlil ictimai əxlaqın qorunması istəqamətində cəsarətli fikir söyləyib, şəxsən kimisə hədəfə almayıb və tövsiyəsi də sağlam məntiqə dayanır. Cəmiyyətdə baş verən əxlaqi deqradasiyanı jurnalistin dilə gətirməsinə qarşı bu cür addımlar zərərlidir. O halda kim danışacaq bu neqativləri, kim insanlara doğru fikirləri aşılayacaq? Söyüş söyməyib, təhqir etməyib, mədəni üslubda fikir söyləyib, buna görə televiziyanın və jurnalistin hədəfə alınmasını yanlış hesab edirəm",-deyə deputat bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır