Modern.az

Bakıda göllər necə yox edilib? - Agentlik sədri AÇIQLADI

Bakıda göllər necə yox edilib? - Agentlik sədri AÇIQLADI

Ölkə

12 Yanvar 2026, 15:54

"Bilirsiniz ki, Bakı və Abşeron yarımadasında 300-dən çox göl mövcuddur ki, bunlar da təbii olaraq sutoplayıcı funksiyalara malikdir. Amma 2014-cü illə 2025-ci illər arasında burada bəzən qeyri-qanuni və ya bəzən plansız genişlənmələr nəticəsində bir neçə göl qurudularaq ərazi zəbt olunmuş, tikintilər aparılmışdır".

Modern.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Bakı və Abşeron yarımadasında su təchizatına dair müşavirədə deyib.

"Bu da öz növbəsində intensiv yağışlar yağdığı zaman həmin bölgələrin və bu ərazilərin subasmaya məruz qalmasını şərtləndirir", - deyə Z.Mikayılov bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır