Modern.az

110 min su sayğacı dəyişdiriləcək

110 min su sayğacı dəyişdiriləcək

Ölkə

12 Yanvar 2026, 17:36

Azərbaycanda 110 min su sayğacı dəyişdiriləcək.

Modern.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.

Belə ki, 2026−2030-cu illərdə layihə-smeta sənədlərinin hazırlanması və tikinti layihələrinə ekspertiza rəyinin alınması, 20 min yeni sayğacın quraşdırılması, 40 min smart və 70 min mexaniki tipli istismar müddəti başa çatmış sayğacın dəyişdirilməsi və 45 min yeni sayğacın quraşdırılması, 80 min smart və 165 min mexaniki tipli istismar müddəti başa çatmış sayğacın dəyişdirilməsi planlaşdırılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır