Modern.az

Müdafiə Nazirliyi ilə Hərbi Prokurorluq arasında sənəd imzalandı

Müdafiə Nazirliyi ilə Hərbi Prokurorluq arasında sənəd imzalandı

Ölkə

13 Yanvar 2026, 13:28

Azərbaycan Ordusunda 2026-cı il ərzində hərbi intizamın gücləndirilməsi və hüquq pozuntularının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Hərbi Prokurorluğu arasında birgə tədbirlər planı imzalanıb.

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, sənəddə cari il boyu həyata keçirilməsi planlaşdırılan birgə tədbirlər, onların icra müddəti, keçiriləcəyi yerlər və məsul şəxslər müəyyənləşdirilib.

Tədbirlər planına əsasən, 2026-cı il ərzində Müdafiə Nazirliyinin tabeliyində olan qoşun (qüvvə) növləri, birlik, birləşmə və hərbi hissələrdə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində xidmət edən hərbi qulluqçularla Hərbi Prokurorluq əməkdaşlarının görüşlərinin təşkili nəzərdə tutulur.

Bu görüşlər çərçivəsində şəxsi heyətin hüquqi biliklərinin artırılması, nizam-intizamın və qanunçuluğun möhkəmləndirilməsi, mövcud problemlərin aradan qaldırılmasına yönəlmiş tədbirlərin icrası əksini tapıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır