Modern.az

Adnan Əhmədzadə ilə bağlı QƏRAR VERİLDİ

Adnan Əhmədzadə ilə bağlı QƏRAR VERİLDİ

Ölkə

13 Yanvar 2026, 18:30

SOCAR-ın İnvestisiya Departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadə ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Modern.az xəbər verir ki, bununla bağlı təqdimata Səbail Rayon Məhkəməsində baxılıb və qərar qəbul edilib.

Qərara əsasən, Adnan Əhmədzadə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Qeyd edək ki, Adnan Əhmədzadə ötən ilin sentyabr ayında DTX-nin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

Adnan Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur. (Mənbə: APA)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran sərhədimizə QOŞUN YIĞIR - Sepah hərəkətə keçdi - Gündəm Masada