Modern.az

Prezidentin işdən çıxardığı Rauf Vəliyev KİMDİR...

Prezidentin işdən çıxardığı Rauf Vəliyev KİMDİR...

Ölkə

16 Yanvar 2026, 17:32

Prezident İlham Əliyevin sərəncamı ilə Rauf Göyüş oğlu Vəliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

Modern.az saytı işdən çıxarılan Rauf Vəliyevin dosyesini təqdim edir.

Rauf Göyüş oğlu Vəliyev 1965-ci ildə Cəbrayıl rayonunun Çərəkən kəndində anadan olub. 1990-cı ildə Leninqrad Su Nəqliyyatı İstitutunu, 2004-cü ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.

1990-1997-ci illərdə “Xəzərdənizneftdonanma” İdarəsinin idarəetmə aparatında mühəndis-konstruktor, gəmi tikintisinə nəzarət qrupunun mühəndisi, qrup rəhbəri, İdarənin xarici əlaqələr şöbəsinin rəisi, 1997-ci ildən isə İdarə rəisinin xarici əlaqələr üzrə müavini vəzifələrində işləmişdir. 2006-2007-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin aparatında Donanma ilə iş üzrə şöbə rəisi, 2007-2013-cü illərdə ARDNŞ-nin Baş ofisində Nəqliyyat İdarəsinin rəisi vəzifələrində çalışıb.

Azərbaycan Prezidentinin 22 oktyabr 2013-cü il tarixli sərəncamı ilə Rauf Göyüş oğlu Vəliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

Dövlət başçısının 19 sentyabr 2011-ci il tarixli sərəncamı ilə “Əməkdar mühəndis” fəxri adına layiq görülüb. 20 oktyabr 2018-ci il tarixli sərəncamı ilə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunub. 11 avqust 2025-ci il tarixli sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

16 yanvar 2026-cı ildə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Evlidir, iki övladı var.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır