"Dəbistan" jurnalının transleterasiyası təqdim ediləcək.
Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) fondunun icraçı direktoru Pərviz Əmirov Modern.az-a bildirib ki, jurnalın bütün sayları transleterasiya olunaraq nəşr ediləcək:
“Bu ilin sonuna qədər bu işi tamamlayacağıq. Bizə qədər bu jurnalın üzərində işləyən olmayıb.”
İcraçı direktor qeyd edib ki, MİMTA-nın tərkibində tərcümə mərkəzi var. Mərkəzdə əski əlifba şöbəsi də fəaliyyət göstərir:
“Hal-hazırda dilimizdə işlənməyən ərəb-fars mənşəli sözlərin izahı da veriləcək. Çalışacağıq ki, yazılar sadə dillə izah olunsun. Jurnalın 27 sayı üzərində işləyəcəyik. Bu ilin sonuna qədər kitab oxucuya təqdim olunacaq".
MİMTA yayınları bundan əvvəl “İşıq” və “Dirilik” jurnallarını tranleterasiya edilib.
Nəşrlər “BP Azərbaycan”la birgə əməkdaşlıq çərçivəsində həyata keçirilir.
Qeyd edək ki, "Dəbistan" Azərbaycanda ilk uşaq jurnalı olaraq Bakıda 16 aprel 1906-cı ildə Azərbaycan dilində nəşrə başlayıb. Jurnal əvvəl Əli İsgəndər Cəfərzadə ilə Məhəmmədhəsən bəyin müdirliyi və naşirliyilə nəşr edi "Dəbistan"da pedaqoji məsələlər, uşaqların təlim-tərbiyəsinə dair bədii əsərlər, elm-texnika yenilikləri dərc edilib. Məcmuə maddi təminatsızlıqdan 1908-ci ilin martın 1-nə kimi davam edə bilib.