Modern.az

XIII Qlobal Bakı Forumu bu tarixdə keçiriləcək

XIII Qlobal Bakı Forumu bu tarixdə keçiriləcək

Ölkə

17 Yanvar 2026, 11:34

XIII Qlobal Bakı Forumu ərəfəsində yekun koordinasiya iclası keçirilib.

Modern.az xəbər verir ki, bu barədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin "X" hesabında paylaşım edilib.

Qeyd olunub ki, qarşıdan gələn XIII Qlobal Bakı Forumu ilə bağlı yekun koordinasiya iclası təşkil olunub.

Bildirilib ki, 2026-cı il 12–14 mart tarixlərində Azərbaycanın paytaxtı Bakıda keçiriləcək forum çərçivəsində 400-dən çox beynəlxalq qonağın qəbul edilməsi gözlənilir.

Toplantıda forumun təşkili ilə bağlı əsas məsələlər müzakirə edilib və tədbirin yüksək səviyyədə keçirilməsi üçün görülən hazırlıq işləri nəzərdən keçirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır