Modern.az

Beynəlxalq təsisatlara etibar etməməliyik - İlham Əliyev

Beynəlxalq təsisatlara etibar etməməliyik - İlham Əliyev

Ölkə

20 Yanvar 2026, 20:10

“Artıq beynəlxalq təsisatlara etibar etməməliyik. Aleksandarla (Vuçiç – red.) razıyam ki, bu gün vəziyyətimiz ola bilsin əvvəlki illərlə müqayisədə daha kəskindir”.

Modern.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda keçirilən panel iclasda çıxışında deyib.

“Amma mən onun müəyyən, yəni bədbin fikirlərini bölüşmürəm. Çünki vəziyyəti nəzarət altına alsaq, milli maraqlarımızla bağlı öhdəlikləri kifayət qədər götürsək, o zaman xalqların uğur qazanması mümkündür”, - deyə dövlət başçısı əlavə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır