"20 Yanvar xalqımızın qan yaddaşı olmaqla yanaşı, həm də qürur günüdür. Həmin dövrdə Naxçıvanda da olduqca gərgin günlər yaşayırdıq. O vaxt mən Naxçıvanda Nazirlər Soveti sədrinin birinci müavini və Naxçıvan MSSR Ali Sovetinin deputatı idim".
Modern.az xəbər verir ki, bu sözləri deputat Eldar İbrahimov "Real TV"ə müsahibəsi zamanı bildirib.
"Yanvarın 19-da mən işdə idim. Ali Sovetin binası ilə Nazirlər Kabinetinin binası bir yerdə yerləşirdi. Gəlib bildirdilər ki, qadınlar Səkinə xanımın yanına toplaşıblar və orada ciddi gərginlik var. Ora getdim. Qadınlar az qala Səkinə xanımı pəncərədən atmaq istəyirdilər. Həmin dövrdə, təbii ki, Qarbaçovun şəkli də divardan asılmışdı. Qadınlar həmin şəkli çıxarıb ayaqları altına sərmişdilər.
Mən çalışdım ki, vəziyyəti sakitləşdirim və bildirdim ki, bu cür hay-küy salmaqla nəyisə dəyişmək mümkün deyil, Ali Sovetin deputatlarını çağırıb iclas keçirmək lazımdır. Onları birtəhər sakitləşdirəndən sonra deputatları yığmağa başladıq. Düzdür, deputatların bir çoxu qaçıb gizləndi, lakin müəyyən hissəsi iclasa gəldi.
Səkinə xanımın iştirakı ilə Nazirlər Kabinetinin 4-cü mərtəbəsində yerləşən böyük zalda iclas keçirdik... Daha sonra qərar qəbul etdik ki, Naxçıvan SSR-nin tərkibindən çıxır" - o qeyd edib.
Daha ətraflı: