İlham Əliyev Davosda Azərbaycanın Sülh Şurasına qoşulması ilə bağlı sənəd imzalayıb.
Modern.az xəbər verir ki, imzalanma mərasimi Davosda keçirilən Dünya İqtisadi Forumunda baş tutub. ABŞ lideri Tramp Sülh Şurasının nizamnaməsini imzalayıb və Şuranın sədri olub.
Mərasimdə Yaxın Şərq və Cənubi Amerikadan (Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Argentina, Paraqvay) nümayəndələr, eləcə də Macarıstanın Baş naziri Viktor Orban, Ermənistanın Baş naziri Nikol Paşinyan, Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.
Trampla birlikdə səhnədə 20 ölkənin nümayəndəsi olub, amma ABŞ-ın ənənəvi Qərbi Avropa müttəfiqlərindən heç biri mərasimdə iştirak etməyib.