2025-ci ilin yanvar-dekabr aylarında Azərbaycanın nəqliyyat sektoru üzrə gəlirləri 5%-ə yaxın artıb.
Modern.az xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev öz sosial şəbəkə hesabında paylaşım edib.
"2025-ci ilin yanvar-dekabr aylarında Azərbaycanın nəqliyyat sektoru üzrə gəlirləri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 4,6% artaraq, 14,894,6 milyon manat təşkil edib",- deyə nazir qeyd edib.