Modern.az

Konstitusiya Məhkəməsi niyə heç bir vətəndaş şikayətinə baxmayıb? - RƏSMİ

Konstitusiya Məhkəməsi niyə heç bir vətəndaş şikayətinə baxmayıb? - RƏSMİ

Ölkə

23 Yanvar 2026, 13:01

Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun sorğusu üzrə 6 Qərar, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) sorğusu üzrə 1 Qərar, məhkəmələrin müraciətləri üzrə 10 Qərar qəbul edilib. 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Konstitusiya Məhkəməsindən məlumat verilib. Bildirilib ki, ötən il qanunvericilik tələblərinə cavab vermədiyi üçün heç bir fərdi şikayət Konstitusiya Məhkəməsinin Plenumunda müzakirə olunmayıb.

“Qanunverici mübahisələndirilən məhkəmə qərarının əsasını təşkil edən normativ hüquqi aktın Konstitusiyaya uyğun olmaması halında fərdi şikayətin Konstitusiya Məhkəməsinin Plenumunda baxılması üçün qəbuledilənlik şərti kimi müəyyən etmişdir.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinə 2025-ci ildə daxil olmuş fərdi şikayətlər qanunvericiliyin tələblərinə cavab vermədiyindən həmin şikayətlərə Konstitusiya Məhkəməsinin Plenumunda baxılması təəssüf ki, mümkün olmamışdır.

Qeyd edilməlidir ki, ümumi məhkəmələr tərəfindən normativ-hüquqi aktın hüquqi mənasının təhrif edilib, Konstitusiyaya zidd olan şəkildə qəbul edilməsi ilə müşayiət olunan məhkəmə aktları Konstitusiya Məhkəməsi Plenumunun müzakirə predmetini təşkil edə bilər”,- rəsmi məlumatda qeyd edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır