Modern.az

Trampın "sağ əli" Azərbaycana gəlir

Trampın "sağ əli" Azərbaycana gəlir

Ölkə

24 Yanvar 2026, 09:08

ABŞ-ın vitse-prezidenti Cey Di Vens fevral ayında Ermənistan və Azərbaycana səfər edəcək.

Modern.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bu barədə "TruthSocial" sosial media platformasında məlumat verib.

Amerika lideri yazıb: "Vitse-prezident Vance sülh səylərimizi davam etdirmək və beynəlxalq sülh və rifah üçün Trampın gündəliyini irəli aparmaq üçün fevral ayında hər iki ölkəyə səfər edəcək".

O, ABŞ-ın Azərbaycanla strateji tərəfdaşlığını gücləndirmək və Bakıya zirehli geyimlər və qayıqlar da daxil olmaqla Amerika müdafiə məhsulları satmaq niyyətində olduğunu bildirib.

Tramp həmçinin, Ermənistanla mülki nüvə enerjisi əməkdaşlığı və Amerika yarımkeçirici şirkətləri üçün müqavilələr barədə razılaşmadan da bəhs edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır