Xocalı faciəsinin tanınmış siması, Xocalı sakini İlham Quliyev bu gün vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə onun bacısı oğlu Etibar Quliyev məlumat yayıb.
O dayısı Xocalını görmədən dünyasını dəyişdiyini deyib.
Qeyd edək ki, İlham Quliyev Xocalı faciəsinin şahidlərindən biri idi. O faciə baş verən gecə yaşanan bütün dəhşətləri gözü ilə görmüşdü. İlham Quliyev qucağında yaş yarımlıq uşaqla çəkilən fotosu ilə məşhurlaşmışdı. Sonralar o, müsahibəsində onun Samir adlı körpə olduğunu və elə qucağındaca keçindiyini demişdi.