Modern.az

Prezident general-qubernatora məktub göndərdi

Prezident general-qubernatora məktub göndərdi

Ölkə

26 Yanvar 2026, 11:38

Azərbaycan Prezident İlham Əliyev Avstraliyanın general-qubernatoru Samanta Mostinə təbrik məktubu ünvanlayıb.

Modern.az-ın məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli xanım General-Qubernator,

Avstraliya İttifaqının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

İnanıram ki, Azərbaycan ilə Avstraliya arasında münasibətlərin xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq ruhunda inkişafı, qarşılıqlı faydalı əməkdaşlığımızın davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Avstraliya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır