Modern.az

Ceyhun Bayramov israilli həmkarı ilə görüşdü

Ceyhun Bayramov israilli həmkarı ilə görüşdü

Ölkə

26 Yanvar 2026, 12:04

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan İsrail Dövlətinin xarici işlər naziri Gideon Saar ilə görüşüb.

Bu barədə Modern.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, Ceyhun Bayramov və Gideon Saar arasında baş tutan təkbətək görüş, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.

Görüşlər zamanı Azərbaycan-İsrail münasibətlərinin ikitərəfli və çoxtərəfli əməkdaşlıq istiqamətləri üzrə mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri, eləcə də regional vəziyyət müzakirə olunub.

Qarşılıqlı səfərlərin dövlətlərarası münasibətlərin qarşılıqlı etimada və ortaq maraqlara əsaslanan strateji tərəfdaşlıq xarakteri daşıdığı vurğulanıb.

İqtisadi əməkdaşlığın ikitərəfli əlaqələrin mühüm sütunlarından biri olduğu qeyd edilib. Enerji, ticarət, investisiyalar, turizm, nəqliyyat-logistika, yüksək texnologiyalar, müdafiə və təhlükəsizlik, yaşıl enerji, tibb və əczaçılıq sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcud olduğu bildirilib. Bu çərçivədə, Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın rolu xüsusi vurğulanıb. İsrail nazirinin səfəri zamanı keçiriləcək biznes forumun iqtisadi əlaqələrin inkişafına əlavə təkan verəcəyinə əminlik ifadə olunub.

Humanitar sahədə əməkdaşlığın, xalqlarımız arasında tarixi bağların, Azərbaycanda çoxəsrlik yəhudi, İsraildə isə Azərbaycan icmasının əlaqələrimiz inkişafına verdiyi töhfə vurğulanıb.

Beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Qəzza zolağında vəziyyət, Yaxın Şərqdə sülh və sabitlik səyləri, eləcə də Cənubi Qafqazda post-münaqişə dövründə normallaşma gündəliyi müzakirə olunub.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə keçmiş məcburi köçkünlərin qayıdışı və bu prosesə əngəl törədən mina təhlükəsi barədə qarşı tərəfə məlumat verilib.

Görüşlərdən sonra birgə mətbuat konfransı təşkil edilib, nazirlər görüşlərin nəticələrinə dair bəyanatlarla çıxış ediblər.

****

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla İsrail xarici işlər naziri Gideon Saar arasında geniş ikitərəfli görüş keçirilib.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Tərəflər siyasi dialoq, enerji, ticarət, investisiyalar, təhsil, mədəniyyət, müdafiə və təhlükəsizlik daxil olmaqla geniş sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıb və əməkdaşlıq üçün yeni yolların araşdırılmasında qarşılıqlı marağı vurğulayıblar.

Nazirlər, eyni zamanda, beynəlxalq və regional əhəmiyyətli məsələlərə toxunublar.

Onlar öz regionlarında və kənarda sülhə, inkişafa və rifaha töhfə verməyin vacibliyini vurğulayıblar.

Hər iki nazir Azərbaycan-İsrail tərəfdaşlığını daha da dərinləşdirmək əzmində olduqlarını bildiriblər.

***

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İsrail xarici işlər naziri Gideon Saarla görüşüb.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin sosial media hesabında paylaşım edilib.

Ceyhun Bayramov Gideon Saarı qarşılayıb.

Nazirlər arasında təkbətək görüş keçirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı